Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Bədəlov Emil Veysəl oğlu

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Rəis müavini

Emil Bədəlov 1977-ci dekabr ayının 6-da Şamaxı şəhərində anadan olmuşdur. 1994-1998-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsində təhsil almışdır.  2000-2018-ci illərdə müxtəlif bank təşkilatlarında , 2020-2024-cü illərdə 11 saylı İsmayıllı, Dağlıq-Şirvan, Gəncə-Daşkəsən Rgional Məşğulluq İdarələrində rəhbər vəzifələrdə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 18 oktyabr 2024-cü il tarixli, 579-k nömrəli əmri ilə  Şəki-Zaqatala Regional Mədəniyyət  İdarəsinin rəis müavini  vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 14.01.2025-ci il tarixli, 3-24/3-1-k nömrəli əmri ilə 23.01.2025-ci il tarixdən Şəki-Zaqatala Regional Mədəniyyət  İdarəsinin rəisi vəzifəsi üzrə əmək funksiyalarının icrası həvalə edilmişdir.  Ailəlidir, 2 övladı var.