Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Qarayev Elvin Cavid oğlu

Mədəniyyət müəssisələri iş sektoru

Sektor müdiri

Qarayev Elvin Cavid oğlu 1990-cu il mart ayının 12-də Şəki şəhərində anadan olmuşdur. 1996-2007-ci illərdə Şəki rayonu Kiş kənd Heydər Əliyev adına 1 saylı tam orta məktəbdə orta təhsil almışdır. 2011-ci ildə Azərbaycan Müəllimlər İnstitununun Şəki filialında Filologiya fakültəsini bitirərək, Azərbaycan dili və ədəbiyyatı ixtisasına yiyələnmişdir. 2012-2014-cü illərdə Qax rayonu Qaradolaq kənd ümumi orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2014-2018-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal-qərb bölgəsi üzrə şöbəsində məsləhətçi və aparıcı məsləhətçi vəzifələrində dövlət qulluğunda xidmət etmişdir.01 avqust 2018-2019-cu illərdə ƏƏSM-nin yanında Dövlət Məşğulluq Xidmətinin Şəki rayon məşğulluq mərkəzində məsləhətçi kimi dövlət qulluğunu davam etdirmişdir. Azərbaycan Respublikasının mədəniyyət nazirinin 31.10.2019-cu il tarixli, 733-k nömrəli əmri ilə 01.11.2019-cu il tarixdən Şəki Regional Mədəniyyət  İdarəsinin məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının mədəniyyət nazirinin növbəti 23.11.2023-cü il tarixli, 733-k nömrəli əmri ilə 01.12.2023-cü il tarixdən Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri vəzifəsində çalışır. 2-ci dərəcə dövlət qulluqçusudur. Ailəlidir, 2 övladı var. 

Telefon: 0242447493

E-poçt: misektoru@mail.ru

Qəbul günləri: bazar ertəsi-cümə günləri, saat 9:00 - 18:00