Yekəyeva Fizzə Carullah qızı
Mədəniyyət müəssisələri iş sektoru
Baş məsləhətçi (Zaqatala rayonu üzrə)
1991-ci il avqust ayının 1-də Zaqatala şəhərində anadan olmuşdur. 2009-2013-cü illərdə Azərbaycan Turizm İnstitutunun “Turizm və qonaqpərvərlik” fakültəsində təhsil alaraq, “Tərcümə” ixtisası üzrə bakalavr diplomunu almışdır. 2013-2014-cü illərdə Muğanlı kənd mədəniyyət evində bədii rəhbər, 2014-2019 illərdə Zaqatala rayon Dövlət Rəsm qalereyasında bələdçi vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin 27.02.2019-cu il tarixli, 82-k nömrəli əmri ilə həmin tarixdən Şəki Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi (Zaqatala rayonu üzrə nümayəndə) vəzifəsinə təyin edilmişdir. Struktur dəyişikliyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 03.07.2023-cü il tarixli, 488-k nömrəli əmri ilə 03.07.2023-cü il tarixdən Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi (Zaqatala rayonu üzrə nümayəndə) vəzifəsinə keçirilmişdir. 2-ci dərəcə dövlət qulluqçusudur. Ailəlidir, 1 övladı var.
Telefon: 0242253279
E-poçt: zaqatala-medeniyyet@mail.ru
Qəbul günləri: bazar ertəsi-cümə günləri, saat 9:00 - 18:00