Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Qafarova Nargilə Məmmədiyar qızı

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Baş məsləhətçi (Qəbələ rayonu üzrə)

Nargilə Qafarova 1963-cü il avqust ayının 6-da Qəbələ rayon Aydınqışlaq kəndində anadan olmuşdur. 1970-1980-ci illərdə Qəbələ rayon Aydınqışlaq kənd orta məktəbində oxumuşdur. 1980-cı ildə Bakı Mədəni-Maarif məktəbinə daxil olmuşdur. 1982-1983-cü illərdə Qəbələ rayon Zarağan kənd klubunda bədii rəhbər işləmişdir. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun mədəni-maarif fakultəsinə daxil olmuş, 1987-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1987-1989-cu illərdə Qəbələ rayon Mədəniyyət evində bədii rəhbər, 1989-1992-ci illərdə Qəbələ rayon Gənclər İttifaqında katib, 1992-2000-ci illərdə Qəbələ rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə, 2000-2003-cü illərdə Qəbələ rayon Böyük Pirəlli kənd inzibati ərazi üzrə nümayəndəliyində müavin, 2003-2004-cü illərdə Qəbələ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində direktor, 2004-2016-cı illərdə Qəbələ rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2017-ci ildən İsmayıllı Regional Mədəniyyət  İdarəsində Qəbələ rayonu üzrə Baş məsləhətçi vəzifəsində çalışmışdır. Struktur dəyişikliyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 21.06.2023-cü il tarixli, 400-k nömrəli əmri ilə 03.07.2023-cü il tarixdən Şəki-Zaqatala Regional Mədəniyyət  İdarəsinin  Mədəniyyət müəssisələri iş sektorunun baş məsləhətçisi (Qəbələ rayonu üzrə nümayəndə) vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 15.10.2023-cü il tarixli, 577-k nömrəli əmri ilə 21.10. 2024-cü il tarixdən Şəki-Zaqatala Regional Mədəniyyət  İdarəsinin rəisi vəzifəsi üzrə əmək funksiyalarının icrası həvalə edilmişdir. Ailəlidir, iki övladı var.  

Telefon: (02424) 4-21-60

E-poçt: sheki-regional@mail.ru

Qəbul günləri: Çərşənbə axşamı saat 10:00-13:00