Kərimov Tural Adil oğlu
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi
Rəis
Kərimov Tural Adil oğlu 1987-ci il mayın 3-də Mingəçevir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Tarix/Regionşünaslıq (Qafqazşünaslıq) bakalavr dərəcəsi və Lənkəran Dövlət Universitetinin Turizm və sosial‑mədəni servis xidməti ixtisası üzrə magistr dərəcəsi var. ABD, Fransa, Şimali Makedoniya, Litva, Koreya, Macarıstan, Hollandiya və Türkiyə Respublikasında müxtəlif təlim və kurslarda iştirak etmişdir. Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir regional ofisində koordinator, Mingəçevir Turizm Kollecində müəllim, “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin sədri, Hüquqi Xidmət Mərkəzinin Mingəçevir regional ofisinin koordinatoru, UNICEF‑in “Əsas həyat bacarıqları” proqramının koordinatoru, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktor, Mingəçevir Dövlət Universitetində müəllim (davam edir) və Mingəçevir Regional Turizm İdarəsinin rəisi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Mədəniyyət Naziri tərəfindən 07 aprel 2026‑cı il tarixli, 3‑24/3‑1‑k‑245/2026 nömrəli əmrlə Şəki‑Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilmişdir.
Qəbul günləri: Bazar ertəsi