18.03.2019
18 mart 2019-cu il tarixdə Ü.Hacıbəyov adına folklor evi ilə S.Mümtaz adına 13 saylı kitabxana filialının birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Güllü çiçəkli baharım” adlı musiqili ədəbi-bədii gecə keçirilib. Tədbirdə müəllimələr, şagirdlər, valideynlər, kiçik yaşlı baxça uşaqları və yaxın ərazidə yaşayan sakinlər yaxından iştirak etmişlər. Tədbiri Ü.Hacıbəyov adına folklor evinin direktoru Sahib Məcidov açıq elan edərək, bayram təbriklərini çatdırdıqdan sonra 12 nömrəli tam orta məktəbin şagirdləri İlkin Ağamirzəzadə, Nadir Balammədov, Nərmin Azadlı, Aysun Gülməmmədova, Aişə Məmmədli və başqaları rəqslərlə çıxış edib, şeirlər söyləyiblər. Ləman Məmmədlinin ifa etdiyi hind rəqsi isə daha yadda qalan olub. Bayram tonqalı alovlandırıldıqdan sonara milli geyimdə olan oğlanlar və qızlar Kosa və Keçəllə bərabər kollektiv rəqs ediblər.