
22.04.2026
Aprelin 21-də Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizədə dövlət siyasəti” adlı tədbir keçirilib.
Çıxışlarda dünyanın aktual problemlərindən biri olan korrupsiyanın ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərdiyi, iqtisadi və sosial inkişafda problemlər yaratdığı qeyd olunub.
Vurğulanıb ki, korrupsiyaya qarşı mübarizə dövlətin bütün sahələr üzrə sürətli inkişafının təminatıdır və bu mübarizə dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilib.
Tədbir çərçivəsində iştirakçılara korrupsiyaya şərait yaradan halların qarşısının alınması, mübarizə tədbirləri, həmçinin korrupsiya ilə əlaqədar hüquqpozmalara görə məsuliyyət barədə məlumat verilib.