Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yaxın Şərqdə ilk Demokratik Cumhuriyyət”

26.05.2018

2018-ci il may ayının 26-da Baş Zəyzid kənd sənətkarlıq evi MKS-nin 49 saylı filialı ilə birlikdə Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar “Yaxın Şərqdə ilk Demokratik Cumhuriyyət” adlı tədbir təşkil etmişdir. Tədbiri Baş Zəyzid kənd sənətkarlıq evinin bədii rəhbəri A.Bəşirov açdı. O, ilk sözü sənətkarlıq evinin direktoru X.Mahmudova verdi. Xanlar müəllim Azərbaycan Demokratik Respublikasının yaranması tarixindən ətraflı danışdı. O çıxışında qeyd etdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırmışdı. Bu, eyni zamanda, İslam dünyası üçün də mühüm hadisə hesab olunurdu. Çünki müsəlman Şərqində ilk dəfə olaraq  müstəqil demokratik respublika yaranmışdı. Ulu öndər bu tarixi hadisənin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdı: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi”. Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz müstəqil dövlətinə sahib olmuşdu. Çıxış üçün söz MKS-nin 49 saylı filialının müdiri Z.Abbasova verildi. Zamiq müəllim də öz çıxışında bildirdi ki, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirmişdir: “Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi”. Tamaşaçılar tədbirin sonunda Baş Zəyzid kənd tam orta məktəbin şagirdləri və sənətkarlıq evinin bədii qiraət dərnəyinin üzvülərinin ifasında ədəbi-bədii kompozisiya tamaşa etdilər.