17.10.2025
17 oktyabr 2025-ci il tarixdə Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Şəki Dövlət Dram Teatrının dəstəyi ilə Daxili Qoşunların "Qartal" xüsusi təyinatlı dəstəsinin baş çavuşu Elçin Nadirovun " Asta səslən qarmon" adlı anım tədbiri keçirilib.
Şəki Dövlət Dram Teatrında keçirilən tədbirdə dövlət, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, YAP Şəki rayon təşkilatının rəhbərliyi, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Şəki-Zaqatala Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, Şəki şəhər Ağsaqqallar Şurasının sədri, Mədəniyyət və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin rəhbərləri, şəhid anaları-ailələri, hərbiçilər, qazilər, mədəniyyət və təhsil işçiləri, şəhər ictimaiyyəti iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər Elçin Nadirovun igidliyindən, vətənpərvərliyindən, şəhidlik zirvəsinə ucalmasından və Azərbaycan əsgərinin, ordusunun şücaətindən bəhs ediblər.
Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbi və Uşaq İncəsənət məktəbinin müəllimlərindən ibarət ansamblın, ifaçılar: Hakim İlyasov, Sərxan Hüseynov, Namiq Aslanovun ifasında vətənpərvərliyi tərənnüm edən musiqi nümunələri səsləndirilib, bəddi qiraət ustası Bəhiyyə Nağıyevanın səsləndirdiyi şeirlər tədbirə rəng qatıb.
Qeyd edək ki, Elçin Nadirov Şəki şəhər 2 nömrəsli Uşaq Musiqi məktəbinin şagirdi olub.