01.09.2024
31 avqust 2024-cü il tarixində Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən B.Vahabzadə Ev-muzeyi və Şuşa şəhər Bülbülün Ev-muzeyi ilə əməkdaşlıq çərçivəsində görüş keçirilib.
Bülbülün Ev-muzeyində təşkil olunmuş görüşdə, B.Vahabzadə Ev-muzeyinin direktoru Elşən Zəkəryəbəyli çıxış edərək Bülbülün Azərbaycan musiqisinə verdiyi töhfələrdən, musiqi mədəniyyətinin inşafına göstərdiyi xidmətlərdən bəhs edib.
Həmçinin, muzeyə B.Vahabzadənin kitabı hədiyyə edilib. Görüş, Şəki-Zaqatala Reginal Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən 4 nömrəli Uşaq Musiqi məktəbinin müəlliminin ifasında səsləndirilən Bülbülün musiqiləri ilə davam edib.
Məlumat üçün bildirmək istəyirik ki, Bülbülün Ev-muzeyi 1992-ci ildə birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. Şuşa işğaldan azad olunduqdan sonra isə Bülbülün Ev-muzeyində bərpa işləri aparılıb və 2021-ci il avqustun 29-da muzeyin açılışı olub.