
11.08.2026
Zaqatala şəhərində, Heydər Əliyev Parkı ərazisində milli sənətkarlıq ənənələrinin qorunması və təbliği, eləcə də Azərbaycan xalqının zəngin mədəni irsinin tanıdılması məqsədilə “Milli irs və sənətkarlıq ənənələri” adlı sərgi təşkil edilib.
Sərgi Şəki şəhər və Zaqatala rayon Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı, MİHİ Respublika Birliyi Şəki şəhər komitəsinin dəstəyi ilə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası və “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil edilib.
Tədbirdə şəbəkə ustası Tofiq Rəsulovun əl işləri, həmçinin Türkan Əhmədovanın milli ornamentlər əsasında hazırladığı sənət nümunələri və kəlağayılar nümayiş olunub.
Sərgi çərçivəsində iştirakçılara təqdim olunan sənət nümunələri barədə məlumat verilib, milli sənətkarlığın qorunmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti vurğulanıb.