Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki ”İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalı sona çatıb

07.07.2024

Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəki şəhərində 5 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Şəki şəhər İcra Hakimiyyəti, Şəki şəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə başlayan Şəki "İpək Yolu" XIII Beynəlxalq Musiqi Festivalı sona çatıb.

7 iyul saat 20:00-da “Marxal” kompleksinin Yay Teatrında, Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı ilə təntənəli bağlanış mərasimi keçirilib.

Festivalda, həmçinin Azərbaycan Respublikasının əməkdar artisti Almaz Orucova və muğam müsabiqəsının qalibi Səbinə Ərəbli çıxış ediblər.

Ümumilikdə festivalda İndoneziya, Hindistan, TÜRKSOY ölkələrindən - Türkiyə, Qırxızıstan, Özbəkistandan dəvət olunan, həmçinin Azərbaycanın səs sənətkarları və rəqs qrupları çıxış ediblər.

Bununla da 2024-cü il Şəki "İpək Yolu" XIII Beynəlxalq Musiqi Festivalı başa çatıb.