03.07.2024
Azərbaycanın qədim tarixə malik şəhərlərindən olan Şəkidə 5-7 iyul tarixlərində musiqi bayramı – Şəki “İpək Yolu" XIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Şəki Şəhər İcra Hakimiyyəti və Şəki şəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə reallaşacaq festivalda bir çox ölkələrin, eyni zamanda Azərbaycanın tanınmış musiqiçiləri iştirak edəcəklər. Üç gün davam edəcək festival çərçivəsində tamaşaçılara Azərbaycan və dünya musiqisinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim olunacaq.