Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Şəkidə “Biz gəldi-gedərik Vətən əbədi!” adlı konsert keçirilib

19.08.2026

Avqustun 18-də M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi Şəki şəhər komitəsinin dəstəyi ilə Sərhəd Qoşunlarının yaranmasının 107 illiyinə həsr olunmuş Şəki Sərhəd Dəstəsində "Biz gəldi gedərik, Vətən əbədi" mövzusunda konsert keçirilib. 

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

 

Daha sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Sərhəd Dəstəsinin rəisi polkovnik-leytenant Hacı Hacıyev, şəhid Səbuhi İsgəndərovun anası Gülnarə İsgəndərova çıxış edərək bu günün mahiyyəti haqqında fikirlərini bölüşüb və təbriklərini çatdırıblar. 

 

Bir qrup heyət üzvü və mədəniyyət işçisi Şəki Sərhəd Dəstəsi və İcra Hakimiyyətinin başçısı tərəfindən təltif edilib.

 

Tədbir çərçivəsində Mədəniyyət Mərkəzinin əməkdaşları, "Səbuhi" instrumental ansamblı və Şəhid Toğrul Nağıyev adına “Əsrin sədası” rəqs kollektvinin çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb. 

 

Sonda M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzi və MİHİ Respublika Birliyi Şəki şəhər komitəsi tərəfindən hərbi heyətin bir neçə əməkdaşı birgə əməkdaşlığa və tədbirdə fəal iştirakına görə Fəxri Fərmanla təltif olunub.