Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayon Heydər Əliyev Mərkəzində videokonfrans keçirilmişdir

24.04.2020

Aprelin 23-də Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimovun və Mərkəz əməkdaşlarının iştirakı ilə videokonfrans keçirtmişdir. Konfransda xüsusi karantin dövründə Zaqatala Heydər Əliyev Mərkəzi tərəfindən tərəfindən görülən və görüləcək işlər haqqında məlumatlar dinlənilmişdir.

Məlumatda qeyd edilmişdir ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Zaqatala rayon Heydər Əliyev Mərkəzi də öz fəaliyyətlərini onlayn qaydada davam etdirir.Karantin rejiminin ilk günlərindən başlayaraq Zaqatala Heydər Əliyev Mərkəzi öz izləyicilərinə sosial şəbəkələr vasitəsilə mütəmadi olaraq müxtəlif mövzularda videoçarxlar təqdim edir, dərnək rəhbərləri tərəfindən onlayn dərslər keçirilir, onlayn müsabiqələr təşkil edilir.

Sonra növbəti günlərdə karantin rejiminin tələblərinə uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş müsabiqələrdə fəal iştirak edilməsi, onlayn tədbirlərin təşkili, sosial şəbəkələrdə fəallığın artırılması üçün lazımi tədbilərin görülməsi ilə bağlı müzakirələr olunmuş, konkret qərarlar qəbul edilmişdir.