Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Şəki - Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə ”Zəfər” konserti keçirilib

06.11.2025

Noyabrın 6-da Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzinin və Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Şanlı zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərin xatrəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Şəki şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, Mədəniyyət və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin sədrləri, Şəhid ailə üzvləri, idarə-təşkilat rəhbərləri, şəhər ictimaiyyəti iştirak edib.

 

Çıxış edənlər 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının ən şanlı, ən qürurlu tarix səhifələrindən biri olduğunu qeyd ediblər. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 gün davam edən vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyünü bərpa edib.

 

Qeyd olunub ki, bu qələbə Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və vətənpərvərlik ruhunun təntənəsidir.

 

Tədbirdə Azərbaycan ordusunun şücaətini əks etdirən videoçarx təqdim edilib, Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət ansamblın ifa etdiyi vətənpərvərlik ruhunda musiqilər, həmçinin Toğrul Nağıyev adına və Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin şagirdlərindən ibarət rəqs qruplarının çıxışları ilə davam edib.