Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatalada “Gənc dövlətin gəncləri” adlı ümumrayon tədbiri keçirilib

02.02.2017

2 fevral 2017-cı il tarixində Zaqatala rayon Heydər Əliyev Mərkəzində rayon Gənclər və İdman İdarəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclər Günü” münasibətilə “Gənc dövlətin gəncləri” adlı ümumrayon tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açaraq bildirib ki, rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev açaraq ölkə rəhbərliyinin gənclər siyasətindən, ölkədə və rayonda gənclərlə aparılan işlərdən, rayonun qabaqcıl gənclərindən, idarənin fəaliyyətindən bəhs edərək qonaqlara geniş məlumat vermişdir. Daha sonra YAP Gənclər Təşkilatının şura üzvü, Akademik Zərifə Əliyeva adına liseyin müəllimi Aytən Məmmədova, Zaqatala rayon Tarix Mədəniyyət Qoruğunun direktoru Anar Laçınov, Mərkəzi rayon xəstəxanasının həkimi, idmançı Hikmət Əfəndiyev ölkə rəhbərliyinin gənclərə göstərdiyi qayğıdan, onlara yaradılan şəraitdən danışaraq öz təşəkkürlərini bildiriblər. Sonda Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mübariz Əhmədzadə təbrik sözü ilə çıxış edərək gənclərə öz arzularını çatdırıb. Çıxışının yekununda RİH-nın başçısı Mübariz Əhmədzadə rayonda fərqlənən bir sıra gəncləri mükafatlandırıb. Mükafat alan gənclər içərisində rayon Heydər Əliyev Mərkəzinin rəqs dərnəklərinin rəhbərləri Məmmədova Şəhzadə Vaqif qızı, İsmayılov Anar Azad oğlu rayonun ictimai-mədəni tədbirlərində fəal iştirakına görə mükafata layiq görülüblər. Tədbir bədii hissə ilə davam edib.