Mədəniyyət
Qəbələ rayonunda digər sahələrlə yanaşı mədəniyyət sahəsi də yüksək sürətlə inkişaf edir. Buna bir tərəfdən Qəbələ rayonunun coğrafi mövqeyi şərait yaratsa da digər tərəfdən də burada mövcud olan tarixi abidələrin, mədəniyyət ocaqlarının və müasir standartlara cavab verən mehmanxanaların coxluğudur.
Burada mədəniyyət müəssisələrinin bədii özfəaliyyət kollektivləri, müxtəlif xalqlar yaşayan kəndlərin adət ənənələri, kulinariyası və folkloru inkişaf etdirilir. Hal-hazırda rayonda 31 klub tipli müəssisə, 2 muzey müəssisəsivə 1 filialı, 24 kitabxana, 1 qalereya, 1 incəsənət məktəbi fəaliyyət göstərir. Qəbələ rayonunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 saylı, 02 avqust 2001-ci il tarixli Sərəncamı ilə dövlət mühafizəsinə götürülmüş 93 abidə mövcuddur. Bunlardan otuz biri ölkə əhəmiyyətli, altmış biri yerli əhəmiyyətli, biri isə dünya əhəmiyyətlidir.
Dulusçuluq
Qəbələ sakini Vaqif Zeynalovun ailəsi tərəfindən qədim dulusçuluq sənəti bu gün də yaşadılır. Vaqif Zeynalov qədim xalq tətbiqi sənətini rayonda yaşadan yeganə şəxsdir. Şagirdlərinə bu sənətin sirlərini öyrədən usta Vaqif dulusçu bıçağı, cilalayıcı alət, dulusçu dəzgahı, ağac biz, taxta şpatel vasitəsilə gildən müxtəlif məmulatlar hazırlayır. Onun böyük ustalıqla düzəltdiyi səhəng, qalğa, dopu, küp, dibçək, piti qabı, güldan, bardaq, nehrə və s. yerli əhali və rayona gələn turistlər tərəfindən həvəslə alınır. Dulusçuluq üçün istifadə olunan xammal “sarışirə” adlanan dağ torpağıdır. Xüsusi texnologiya əsasında bu torpaqdan hazırlanan müxtəlif piti qablarında və evlərdə işlədilən digər məişət əşyalarında saxlanılan ərzaq məhsulları, bişirilən xörəklər öz təbii keyfiyyəti və dadı ilə fərqlənir. Vaqif Zeynalov Şəkidə keçirilən Ümumrespublika Dekorativ Sənət Festivalının və İsmayıllı rayonunda keçirilən tətbiqi sənət ustalarının sərgisinin diplomları ilə təltif edilmişdir. Ümumrayon tədbirlərində onun hazırladığı dulusçuluq məhsulları nümayiş etdirilir.
Agac oyma (nəccarlıq)
Qəbələnin Vəndam qəsəbəsində yaşayan və ağac üzərində oyma üsulu ilə möcüzə yaradan sənətkar Şahin Rəhimovun əsərləri görənləri heyrətə salır. İsgənə, balta, rəndə, çəkic və cilalama kağızı ilə yaradılan bu əsərlər müxtəlif sərgilərin bəzəyinə çevrilmişdir. Qəbələni yerli və xarici turistlərə özünəməxsus tərzdə təqdim edən usta Şahin bir çox insanın lazımsız kötük və ya odun parçası kimi baxdığı bir ağacdan maraqlı sənət əsəri yaradır. O, əlinə keçən yararsız qoz və şabalıd ağacından qiymətli bir əşya düzəldir. Bu, suvenir, məişət əşyası, milli atribut və ya hansısa şirkətin loqosu ola bilər. Çünki o, ağaca baxarkən onun içində gizlənən sənəti görür. Ustanın ağac üzərində oyma üsulu ilə yaratdığı qartal, stol, qlobus, mücrü, nərd, leylək, güldan, Azərbaycanın xəritəsi, kitab, minarə və yüzlərlə bu cür suvenir insanı təəccübləndirir. 1995-ci ildən bu sənətlə məşğul olan Şahin Rəhimov əl işlərinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. İndiyədək ərsəyə gətirdiyi əsərlərin sayını itirdiyini bildirən Şahin Rəhimov çətin və şərəfli peşə olan ağacoyma sənətinin gələcəkdə Qəbələ rayonunda yaşadılması üçün onun sirlərini bir neçə nəfərə, eləcə də oğluna öyrətdiyini qeyd etmişdir.Respublikada keçirilən xalq sənətkarlığı ilə bağlı sərgilərin demək olar ki, hamısında onun əl işləri nümayiş olunur.