Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Region haqqında
Mədəniyyət
|

Zaqatala

Rayon ərazisində 252 mədəniyyət obyekti ( mədəniyyət evi, klub, kitabxana, incəsənət məktəbi, Tarix Diyarşünaslıq Muzeyi, Tarix Mədəniyyət Qoruğu. Tarixi abidələr, Heydər Əliyev Mərkəzi, Turizm İnformasiya Mərkəzi və s.) var.

Zaqatala şəhərində Mədəniyyət Mərkəzi və 42 filialı fəaliyyət göstərir. Mədəniyyət Mərkəzində Xalq Kəndirbazlar Kollektivi və Xalq Teatrı, Suvagil kənd Folklor evində “Ceyranım” xalq kollektivi, Makov kənd Folklor evində “Hudulki” Xalq kollektivi var. Mərkəz və filiallar rayon, region və respublika əhəmiyyətli ictimai-siyasi, mədəni-kütləvi tədbirlərdə  fəal iştirak edir. Danaçı kənd Folklor evinin “Alazan” Folklor kollektivi, Dağlı kənd Folklor evinin “Lilay” folklor kollektivi, Əliabad qəsəbə Mədəniyyət evinin  “Əliabadım” Folklor kollektivi, Şəhər Mədəniyyət evinin “Çingiz” ritm qrupu, Mədəniyyət Mərkəzinin “Günəş” rəqs qrupu və “Gənclik” instrumental ansamblı fəaliyyət göstərir. 

Rayonda  "Zaqatala" qəzeti fəaliyyət göstərir. "Zaqatala" qəzeti redaksiyası 1923-cü ilin mart ayından fəaliyyətə başlamışdır. İlk əvvəllər "Zaqatala kəndlisi" adlanan qəzet sonralar "Kolxozun səsi", "Bolşevik kolxozu uğrunda", "Qırmızı bayraq" və s. başlıqlarla fəaliyyət göstərmişdir. 1991-ci ilin oktyabr ayından isə "Zaqatala" adı ilə fəaliyyətini davam etdirir. Hal-hazırda "Zaqatala" qəzeti redaksiyasında 5 nəfər çalışır. "Zaqatala" qəzeti müntəzəm olaraq rayonun ictimai-siyasi həyatında baş verən hadisələri, aparılan abadlıq-təmizlik, yenidənqurma işlərini oxuculara çatdırmağa səy göstərir.