Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Qax rayon Tarix-diyarşünaslıq muzeyi

Qax rayon Tarix-diyarşünaslıq muzeyi ölkəşünaslıq muzeyi kimi  1979-cu ildə mədəniyyət evində 500-dək eksopnatla fəaliyyətə başlamış ölkəşünaslıq muzeyinin bazasında yaradılmışdır. Azərbaycan SSR Nazirlər sovetinin 13 avqust 1981-ci il tarixli 445№-li sərəncamına əsasən Tarix-diyarşünaslıq muzeyinə çevrilmişdir.

13 avqust 1981-ci il tarixdən XIX əsrə aid, şəhərin mərkəzində yerləşən Allahverdi kilsə binasında fəaliyyətini davam etdirmişdir. 1991-ci ilin iyun ayından muzey qismən uyğunlaşdırılmış yeni tipli binaya köçürülmüşdür.

Muzey 1 mərtəbəlidir. 13 otaqdan ibarətdir.Muzeyin ümumi sahəsi 1020 kv.m.

Muzeydə Qax rayonunun 670000 illik tarixindən soraq verən 11610 tarixi və elmi əhəmiyyətə malik əşya mühafizə, tətqiq və təbliğ olunur. Muzeydə ən qədim eksponat 450 min ilə qədər yaşı olan daş əmək alətləri, 670 min il əvvəl yaşamış onurğalı heyvanın diş sümüyü (Ləkit kəndində yerləşən Skolat və Xorqaya yaşayış məskənindən tapılmışdır) nümayiş olunur.

Ekspozisiya 9 salondan ibarətdir. Ekspazisiyanın ümumi sahəsi 830 kv.m .Qax rayonunun təbiəti və tarixi abidələri –I salon, Qax qədim dövrdə-II salon, Qax orta əsrlərdə-III salon, Qax tarixin yeni dövründə. Xanlıqlar İlisu sultanlığı-IV salon, Qax Rusiya imperiyasının tərkibində-V salon, Qax kommunist rejimində-VI salon, Qaxda hərbi vətənpərvərlik tərbiyəsi işi. Azərbaycanın hərb tarixi-VII salon, Müstəqilliyə gedən yol-VIII salon, Müstəqil Azərbaycan-IX salon

Muzeyin direktoru: Əfəndi Mahir Qalib oğlu

Ünvan:
Qax şəhəri, Üzeyir Hacıbəyov, 1
Telefon:

02425-5-34-07

E-mail:

afandim97@rambler.ru