Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Qəbələ rayon Mədəniyyət Mərkəzi

Qəbələ rayon Mədəniyyət Mərkəzi  (keçmiş rayon  Mədəniyyət Evi) 1948-ci ildə yaradılmışdır.  2013-cü ilin  mart ayının 1-dən Mədəniyyət Evi  Mərkəz kimi  fəaliyyət göstərir. Mərkəzin binası əsaslı təmir olunaraq yüksək səviyyəli iş şəraiti yaradılmış, yeni texniki vasitələr, invertar avadanlıqlarla təchiz olunmuşdur. Bina,  ümumi sahəsi 7957.6 kv.m olmaqla mühazirə zalları, tamaşa zalı, sərgi zalları, 4 dərnək otağı, 9 inzibati otaq və texniki otaqlardan ibarətdir.

Hal - hazırda Mədəniyyət Mərkəzinin nəzdində 17 müəssisə fəaliyyət göstərir ki, bunlardan:

 6-sı Diyarşunaslıq

 5-i Folklor

 2-si Sənətkarlıq

 3-ü Yaradıcılıq üzrə profilləşdirilmişdir.
  Hal-hazırda rayon Mədəniyyət Mərkəzində  ümumilikdə 113  işçi çalışır.
     Mədəniyyət Mərkəzində 1960-cı ildən indiyədək İsmayıl bəy Qutqaşınlı adına “Xalq teatrı” fəaliyyət göstərir. Eləcə də Mərkəz və filiallarında “Şəms” uşaq teatrı truppası, “Çinar” instrumental ansanbılı , “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblı, "Cəngi" zurnaçılar ansambılı, "Gülüstan" və  ”Gülbuta” folklor qrupları fəaliyyət göstərir.

    Ansambl və qruplar Qəbələ rayonunda keçirilən ümumrayon tədbirlərində hər zaman fəal  iştirak edərək qədim adət-ənənələrimizi, xalq oyunlarını, deyimlərini, musiqisini nümayiş etdirirlər. Artıq 5 ildir ki, Bakı şəhərində keçirilən ümumrespublika «Novruz» bayramı tədbirində uğurla çıxış edir və yüksək fəallıq göstərirlər. Həmçinin dəfələrlə Respublikada keçirilən azsaylı xalqların musiqi festifallarında müvəfəqiyyətlə çıxış ediblər.

Ünvan:
Qəbələ rayon, 28 may 42
Telefon:

050-304-40-30

E-mail:

malik_davinci@inbox.ru

Url:
https://www.facebook.com/gabala.c.s/?fref=ts