Müasir inventar və avadanlıqlarla təmin olunmuş Balakən rayon Mədəniyyət Mərkəzinin yeni binası 2013-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının Neft Şirkəti tərəfindən tikilib istifadəyə verilmişdir.
Rayonda fəaliyyət göstərən klubtipli mədəniyyət müəssisələri 1951-ci ildən 1954-cü ilə qədər Kinolaşdırma idarəsi, 1954-cü ildən isə Mədəniyyət şöbəsinin nəzdində işə başlayıb, 1965-ci ildən isə mədəniyyət evi kimi fəaliyyət göstərmişdir. Hazırda Mədəniyyət Mərkəzinin nəzdində 2 şəhər, 17 kənd filialı olmaqla 19 klubtipli mədəniyyət müəssisəsi fəaliyyət göstərir.
Mərkəzin nəzdində “Qubek”, “Mehriban bacılar” folklor və rəqs qrupları, dram, rəqs, mahnı, gitara, bədii qiraət dərnəkləri ,1 saylı şəhər diyarşünaslıq klubunda “Kaman”muğam üçlüyü, Mahamalar kənd folklor evində “Gənclik” özfəaliyyət ansamblı, Tülü kənd foklor evində “Buta”, Qabaqçöl qəsəbəsində fəaliyyət göstərən müəsssisələrin nəzdində “Cahan” xalq kollektivi , “Ebel” folklor qrupu, İtitala kənd foklor evində “Nənələr” folklor qrupları və “Şəlalə” rəqs qrupu fəaliyyət göstərir.Həmin folklor kollektivləri ilə müntəzəm olaraq iş aparılır, repertuar yenilənməsi və yeni üzvlərin cəlb olunması diqqət mərkəzində saxlanılaraq bütün tədbirlərdə, festivallarda yaxından iştirakı təmin olunur.
Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən klub tipli mədəniyyət müəssisələri
1 saylı şəhər Sənətkarlıq klubu
2 saylı şəhər diyarşünaslıq klubu
Mahamalar kənd folklor evi
Qullar kənd sənətkarlıq evi
Hənifə kənd sənətkarlıq klubu
Hənifə kənd diyarşünaslıq evi
Qazma kənd sənətkarlıq evi
Talalar kənd sənətkarlıq evi
Tülü kənd folklor evi
Şambul kənd sənətkarlıq evi
Qaysa kənd folklor evi
Yeni Şərif kənd sənətkarlıq evi
Meşəşambul kənd folklor evi
Şərif kənd sənətkarlıq evi
Qabaqçöl qəsəbə folklor klubu
Katex kənd folklor evi
Qaravəli kənd diyarşünaslıq evi
Kortala kənd diyarşünaslıq evi
İtitala kənd folklor evi
24-29-5-17-23
medeniyyetbalaken@gmail.com