Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vəsaiti hesabına Balakən rayonunda tamamilə yenidən qurulan, Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında müasir memarlıq üslubu ilə fərqlənən Heydər Əliyev Mərkəzi inşa olunmuşdur. Heydər Əliyev Mərkəzi 19 sentyabr 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının və xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın birgə iştirakı ilə açılmışdır. Mərkəz binasının daxili qurluşu iki hissədən ibarətdir. Mərkəzin ümumi sahəsi 720 m2, ölçüləri 31.6 x 15.6 metr, hündürlüyü 5 metr, ekszpozisiya zalının sahəsi 330 m2-dir. Birinci mərtəbədə fond otağı 300 nəfərlik böyük konfrans zalı,dəyirmi masa, elmi-praktik konfranslar, müəyyən kütləvi tədbirlər, müvəqqəti sərgilərin keçirilməsi və məktəb şagirdlərinin asudə vaxtının maraqlı təşkili üçün komputerlə təchiz edilmiş kiçik konfrans zalı yerləşir.
İkinci mərtəbədə ulu öndər Heydər Əliyevin müxtəlif sahələrə göstərdiyi diqqət və qayğını, onun zəngin həyat və fəaliyyətini əks etdirən mərkəz eksponatlarının nümayiş olunduğu 8 bölmədən ibarət ekspozisiya zalı yerləşir.
Mərkəzdə direktor, fond mühafizi, elmi işçi, bələdçi, muzey baxıcısı, gözətçi, xadimə, təsərrüfat müdürü, kargüzar, qarderobçu ştatları mövcuddur.
Mərkəzdə “Heydər Əliyev və Balakən” guşəsi yaradılmışdır, mərkəzin nəzdində yaradılmış Heydər Əliyev irsinin araşdırılması və təbliği üzrə fəaliyyət göstərən tədqiqat qrupu üzvlərinin və mərkəz əməkdaşlarının əldə etdiyi ulu öndərlə şəxsən görüşmüş həmyerlilərimizin fotoşəkilləri və xatirələri həmin guşədə nümayiş olunur. Eyni zamanda Heydər Əliyev Mərkəzində ölkə Prezidenti cənab İlham Əliyevin Balakənə olan diqqət və qayğısını, rayona etdiyi səfərləri, sosial obyektlərin, inzibati binaların, mədəniyyət və təhsil müəssiələrinin açılışında şəxsən iştirakını əks etdirən fotoşəkillərin, Prezidentin Sərəncamı ilə təltif olunmuş balakənlilərin təltif sənədlərinin nümayiş olunduğu “İlham Əliyev və Balakən” guşəsi vardır. Eyni zamanda mərkəzin nəzdində yaradılmış sənətkarlar evində rayon sənətkarlarının əl işləri nümayiş olunur.
Müxtəlif xarici ölkələrin səfirləri, dövlət və hökumət nümayəndələri mərkəzdə olmuş, ulu öndərin çoxşaxəli zəngin fəaliyyəti ilə yaxından maraqlanmış və mərkəzin xatirə kitabında xoş təəssüratlarını qeyd etmişlər. Heydər Əliyev Mərkəzində həm də 2014-cü ildən başlayaraq yeni ailə quran gənclərin evliliklərini rəsmiləşdirən nigah mərasimləri də keçirilir. Hazırda mərkəzdə 1009 eksponat mövcüddur. Eyni zamanda mərkəzdə 2018-ci ildən kitabxana fəaliyyət göstərir, onun fondu 2798 kitabdan ibarətdir.
Mərkəzin direktoru: Qarayeva Lalə Əsabəli qızı
0242953905
balakan-ha.markazi@mail.ru