Zaqatala tarix-diyarşünaslıq muzeyi 1967-ci ildə yaradılmışdır. Muzeyin fondlarında 10393 ədəd eksponat vardır. Bir ekspozisiya zalından ibarətdir. Zalın sahəsi 185 m2–dir. Muzeyin ümumi sahəsi 430 m2 –dir. Eksponatlar üç fond otağında saxlanılır. Zaqatala tarix-diyarşünaslıq muzeyinin ekspozisiya zalında yeddi şöbə fəaliyyət göstərir: əlyazmalar şöbəsi, məişət əşyaları şöbəsi, tətbiqi incəsənət şöbəsi, numizmatika şöbəsi, arxeoloji şöbə, şəkillər şöbəsi və sənədlər şöbəsidir. Muzeydə hər şöbəyə aid olan eksponatların elektron versiyaları yaradılmış, pasportları işlənmiş, papkalara yığılmış şəkildədir və eyni zamanda kompüterin yaddaşında saxlanılır. Muzeydə kitabların bərpası işi də aparılır. Bu işi Türkiyədə kurs keçmiş muzey işçiləri həyata keçirirlər. Muzeyin 11 işçisi var: direktor, 3 zal baxıcısı, fond mühafizi, elmi işçi, şöbə müdiri, iki xidmətçi, rəssam və ekskursavod.
Muzeyin direktoru: Ramazanov Səfər Süleyman oğlu
0242253172
zaqatalatdm@mail.ru