Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Balakən rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Balakən rayonunda ilk dəfə 1947-ci ildə kitabxana üçün bina tikilmiş, həmin binada 1948-ci ildə Mərkəzi Kitabxana yaradılmışdır. O vaxt kitabxananın 2 işçisi olmuşdur. 1966-cı ildə həmin kitabxanaya görkəmli yazıçı M.Hüseynin adı verilmişdir.
1 dekabr 1979-cu ildən etibarən bütün kitabxanalar mərkəzləşdirilmiş halda fəaliyyət göstərməyə başlamışdır.  MKS-nin yeni binası ADNŞ-i tərəfindən inşa olunmuşdur. 2008-ci ilin sentyabr ayının 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza səfəri zamanı kitabxananın açılışı olmuşdur. Binanın sahəsi 626 kv.m-dir. İki mərtəbədən ibarətdir. MKS-nin nəzdində 6 şöbə - xidmət, komplektləşdirmə və kitabişləmə, metodika-biblioqrafiya, kitabxana–biblioqrafiya proseslərinin avtomatlaşdırılması, informasiya–resurs və uşaq şöbələri fəaliyyət göstərir. Hal-hazırda Balakən rayon  MKS də 1 mərkəzi, 1 şəhər və 16 kitabxana filialı fəaliyyət göstərir .

Mərkəzi Kitabxanın kitab fondu 164344, nüsxədir. Bunlardan 77876 nüsxəsi latın, 69647 nüsxəsi  kiril, 16353 nüsxəsi rus, 161 nüsxəsi xarici, 301 nüsxəsi  gürcü dilində olan  ədəbiyyatdan ibarətdir.

Balakən rayon MKS–də  balakən.cls.az saytı fəaliyyət göstərir və burada il ərzində keçirilən tədbirlər işıqlandırılır, elanlar yerləşdirilir, operativ olaraq məlumatlar yenilənir.

Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsi il ərzində cəmi 195 nüsxə yeni ədəbiyyat almışdır. Kitab fondu  20201 nüsxə təşkil edir. Oxuculara xidmət şöbəsi 2304 nəfər oxucuya 35547 nüsxə  kitabla xidmət göstərmişdir.

 

 

MKS-nin filialları

 

Şəhər kitabxanası                                     
Uşaq şöbəsi                                               
Katex kənd kitabxanası                            
Qaravəli  kənd kitabxanası                                  
Kortala  kənd kitabxanası                        
Qullar kənd kitabxanası                                       
Qazma kənd kitabxanası                         
Sarıbulaq kənd kitabxanası                                
Qaysa kənd kitabxanası                          

10.İtitala kənd kitabxanası                             

11.Mahamalar kənd kitabxanası                  

13.Qazbinə kənd kitabxanası                       

14.Şambul kənd kitabxanası                        

15.Katexzavod kənd kitabxanası                                         

16.Talalar kənd kitabxanası                          

17.Poçtbinə kənd kitabxanası                                  

18.Məlikzadə kənd kitabxanası

19.Tülü kənd kitabxanası

 

 

Direktor:  Tağıyeva Məryəm Rizvan qızı

 

Ünvan:
S.Gözəlov küç.18
Telefon:

024 - 29 - 5 37 - 09

E-mail:

balakan.mks@mail.ru

Url:
http://balakan.cls.az