Qax rayonunda ilk kitabxana arxiv sənədlərinə əsaslanaraq 1906-cı ildə “Qiraət koması” şəklində Qaxın İçəri Bazar adlanan ərazisində o dövrün maarifçi ziyalılarından olan, Tiflisdəki “Zaqafqaziya” qəzetinin Azərbaycan bölməsinin müdiri Həmzət bəy Qəbulov Şirvanskinin evində fəaliyyət göstərmişdir.
Qaxda kitabxanalar 1920-ci ildən 1945-ci ilədək Xalq Maarif şöbəsinin nəzdində fəaliyyət göstərmişdir. 1945-ci ildə rayonlarda Mədəniyyət şöbələri təşkil edilərkən bütün mədəni-maarif müəssisələri, o cümlədən kitabxanalar mədəniyyət şöbəsinin nəzdinə keçmişdir.
1979-cu ildən rayonumuzda kitabxanalar Mərkəzləşdirilmiş Kitabxana Sistemi şəklində fəaliyyət göstərməyə başladı. 1979-cu ildən Mərkəzi Kitabxana görkəmli Azərbaycan dramaturqu C. Cabbarlının adını daşıyır.
“Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli 1932 nömrəli Sərəncamına əsasən 01.01. 2017-ci il tarixdən Qax rayon MKS-i Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin tərkibində fəaliyyətini davam etdirir.
Qax MKS-nin fondunda 4 dildə - azərbaycan, rus, gürcü və ingilis dilində ədəbiyyat vardır. Milli azlıqlara kitabxana xidməti göstərir.
Qax MKS-i 2003, 2005, 2007-ci illərdə ABŞ-nın Azərbaycanda fəaliyyət göstərən Səfirliyi tərəfindən kitabxana layihələrində iştirak etmişdir. 2005-2008-ci illərdəl Regional Kitabxanaların İnkişafı Proqramı çərçivəsində Mərkəzi kitabxanada Regional Kitabxana Məlumat Mərkəzi adında fəaliyyət göstərmişdir.
C.Cabbarlı adına Mərkəzi kitabxanada 6 şöbə fəaliyyət göstərir:
Metodiki-biblioqrafiya şöbəsi
Kitabişləmə və komplektləşdirmə şöbəsi
Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi
İnformasiya-resurs şöbəsi
Oxuculara xidmət şöbəsi,
Oxu zalı
Uşaq şöbəsi
Qax rayon MKS 33 kitabxana filialını özündə birləşdirir
1 Mərkəzi Kitabxana, 4 Şəhər kitabxana filialı və 28 kənd kitabxana filialı
C. Cabbarlı adına Mərkəzi Kitabxana
1 № li şəhər kitabxana filialı
2 № li şəhər kitabxanası filialı
3 № li şəhər kitabxanası filialı
4 № li şəhər kitabxanası filialı
2 № li Sarıbaş kənd kitabxana filialı
3 № li İlisu kənd kitabxana filialı
4 № li Ağçay kənd kitabxana filialı
6 № li Qax İngiloy kənd kitabxana filialı
7 № li Qum kənd kitabxana filialı
9. № li Ləkit kənd kitabxana filialı
11 № li Zərnə kənd kitabxana filialı
12 № li Güllük kənd kitabxana filialı
15 № li Turaclı kənd kitabxana filialı
16 № li Marsan kənd kitabxana filialı
20 № li Tasmalı kənd kitabxana filialı
21 № li Zəyəm kənd kitabxana filialı
26 № li Almalı kənd kitabxana filialı
28 № li Cəlayer kənd kitabxana filialı
29 № li Qıpçaq kənd kitabxana filialı
30 № li Baydarlı kənd kitabxana filialı
31 № li Ağyazı kənd kitabxana filialı
34 № li İbaxlı kənd kitabxana filialı
35 № li Əlibəyli kənd kitabxana filialı
36 № li Qaratala kənd kitabxana filialı
37 № li Qaşqaçay kənd kitabxana filialı
38 № li Armudlu kənd kitabxana filialı
40 № li Əmbərçay kənd kitabxana filialı
41 № li Əmircan kənd kitabxana filialı
46 № li Toppağ kənd kitabxana filialı
47 № li Qaxbaş kənd kitabxana filialı
64 № li Şıxlar kənd kitabxana filialı
66 № li Ləkit Malax kənd kitabxana filialı
024 25 5 32 07; 024 25 4 28 89
024 25 5 22 83
qax.mks@mail.ru