Oğuz rayonunda ilk kitabxana 1941-ci ildə yaradılmışdır. 1947-ci ildə isə rayonun 3 kəndində, Xaçmaz, Qumlaq və Daşağıl kəndlərində kitabxana yaradılmışdır.
1980-ci il sentyabr ayında Oğuz rayon Mərkəzi kitabxanası Mərkəzləşdirilmiş Kitabxana Sisteminə çevrilmişdir. 1980-ci ildən kitabxana öz ətrafında 1 mərkəz, 1 uşaq, 1 şəhər və 30 kənd kitabxana filialını birləşdirmişdir. 2012-ci ilin yanvar ayından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2011-ci il tarixli 162 №-li qərarına uyğun olaraq MKS-nin yeni strukturu yaradılmışdır. Halhazırda MKS-də 1 mərkəzi kitabxana və 23 kitabxana filialı fəaliyyət göstərir və çalışan işçilərdən 15 nəfəri ali, 22 nəfər orta ixtisas, 11 nəfəri isə orta təhsillidir.
Mərkəzi kitabxanada hazırda 6 şöbə fəaliyyət göstərir: Oxuculara xidmət şöbəsi, Komplektləşdirmə və kitabişləmə şöbəsi, Metodika və biblioqrafiya şöbəsi, Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi, İnformasiya-resurs şöbəsi, Uşaq şöbəsi. Mərkəzi kitabxanada 5- i texniki işçi olmaqla 24 nəfər işçi çalışır. MKS-nin fondu 168928 ədəd, kitab verlişi 163318 nüsxə, oxucusu 9488 nəfərdir.
1.Baş Daşağıl filialı
2.Muxas filialı
3.Bucaq filialı
4.Filfilli filialı
5.Bayan filialı
6.Xalxal filialı
7.Ərmənət filialı
8.Qumlaq filialı
9.Şirvanlı filialı
10.Tayıflı filialı
11.Kərimli filialı
12.Yaqublu filialı
13.Padar filialı
14.Yemişənli filialı
15.Dəymədərə filialı
16.Sincan filialı
17.Xaçmaz Qışlaq filialı
18.Xaçmaz 23 saylı filialı
19.Xaçmaz 24 saylı filialı
20.Böyük Söyüdlü filialı
21.Astraxanovka filialı
22.Qarabulaq filialı
23.Xalxal Qışlaq filialı
024-21-5-31-87
seher.mikayilova@mail.ru