Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Zaqatala rayon Heydər Əliyev Mərkəzi

Zaqatala rayon Heydər Əliyev Mərkəzinin inşasına 2013-cü ilin fevral ayında başlanmış, 2015-ci ilin iyul ayında tikinti işləri başa çatdırılmışdır. 4 noyabr 2015-ci il tarixində ölkə rəhbərinin rayona səfəri zamanı açılış mərasimi baş tutmuşdur. Binanın ümumi sahəsi 2765 kv metrdir. Mərkəz ümumilikdə 2 mərtəbə və müxtəlif təyinatlı bölmələrin fəaliyyət göstərdiyi otaqlardan ibarətdir. Mərkəzin I mərtəbəsində Ulu öndərin barelyefi, ekspozisiya zalı, 350 yerlik akt zalı, administrator otağı, direktor otağı, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı (VVAQ) otağı, kinozal, kulinariya otagı, rəsm otağı, heykəltaraşlıq studiyası, kafe, poliqrafiya emalatxanası, Mərkəzin II mərtəbəsində elektron kitabxana, arxiv, foto studiya, xarici dil dərnəyi, dizayn studiyası, xalq sənətkarliq studiyası, 44 nəfərlik konfrans zalı (dairəvi zal), virtual sinif otağı, komputer kursu otagı, intellektual sinif otağı yerləşir.
Mərkəzdə yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə rəqs, fotoqrafiya, gitara, rəsm, ingilis dili, rus dili, komputer, toxuculuq dərnəkləri fəaliyyət göstərir. 

Ünvan:
Zaqatala şəhəri
Telefon:

0242252132

E-mail:

zaqatala.haydaraliyevmerkezi@mail.ru