1980-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə muzey işinə aid xüsusi qərar qəbul edilmişdir. Bu qərar muzey şəbəkəsinin inkişafına müxtəlif profilli muzeylərin yaradılmasına imkan vermişdir. Məhz həmin qərardan sonra demək olar ki, bütün bölgələrdə, o cümlədən Oğuz rayonunda tarix-diyarşunaslıq muzeyi yaradıldı. Oğuz rayon Tarix-diyarşunaslıq muzeyi də məhz H.Əliyevin imzaladığı qərarla yaradılan bölgə muzeylərindəndir.
Oğuz rayon tarix-diyarşünaslıq muzeyi 1981-ci ildən fəaliyyət göstərir. Fəaliyyətə başladığı ilk illərdə əsas fondunda cəmi 200 eksponat olmuş, hal-hazırda muzeydə 4500-dən artıq eksponat qorunur və təbliğ olunur. Muzeyin 9 nəfər əməkdaşı var.
Muzey dörd bölmədən ibarətdir: təbiət bölməsi, arxeologiya, Sovet imperiyasının süqutuna qədərki dövr, müasir dövr bölməsi.
Abidə dövlət tərəfindən qorunan yerli əhəmiyyətli (inv. №4941) abidədir.
Muzeyin direktoru: Xudiyeva Arizə Əmirxan qızı
024-21-5-37-04
oguz.tarixmuzeyi@mail.ru