Oğuz rayon Heydər Əliyev Mərkəzi Heydər Əliyev Muzeyi adı ilə 2007-ci il mart ayının 1-də yaradılmışdır. 2012-ci ildə Mərkəz adlandırılmışdır. Oğuz rayon Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lideri, Ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması, həyatı və fəaliyyəti ilə bağlı materialları toplayan, qoruyan dövlət müəssisəsidir.
Heydər Əliyev Mərkəzinin fondu 545 eksponatdan–fotoşəkillər, kitablar və videodisklərdən ibarətdir.
Mərkəzin ümumi ştat vahidi 11,5 nəfərdir. Bütün ştatlar işçi ilə təmin edilmişdir.
2012-ci ilin 13 sentyabr tarixindən yeni Mərkəz binasının inşası ilə əlaqədar ekspozisiya Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmir işlərinin aparıldığı müddətə bağlanmışdır. Mərkəz əməkdaşları Oğuz şəhər 2 saylı məktəbdə uyğunlaşdırılmış otaqlarla təmin edilmişdir. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin təbliği məqsədilə müxtəlif tədbirlərin təşkili davam etdirilir.
Mərkəzdə keçirilən tədbirlər “Oğuz yurdu” qəzetində, Mərkəzin Facebook səhifəsində və saytında (oguzhaydaraliyevce.wixsite.com) işıqlandırılır.
Mərkəzin direktoru: Abbasova Mehriban Adil qızı
024 - 21 - 5 - 33 - 19
oguzhaydaraliyevcenter@mail.ru