Şəki TİM 01.01.2008-ci il tarixdən tam heyəti ilə fəaliyyətdədir. Mərkəzin fəaliyyətinin əsas məqsədi ölkənin şimal - qərb regionunda yerləşən mənzərəli, eyni zamanda qədim tarixi abidələri ilə zəngin olan Şəki haqqında xarici, yerli turistlərə məlumat vermək, əyani vəsaitlər hazırlayaraq, ziyarətçiləri bu regionla yaxından tanış etməkdən ibarətdir. Məlum oldugu kimi bu region Qədim İpək Yolunun üstündə yerləşdiyi üçün xarici turistlərin tranzit marşrutları bu regiondan keçir. TİM bu məqsədlə ərazinin turizm potensialını, onun təhlilinin aparılmasında və marketinqinin öyrənilməsində maraqlıdır. 2008-ci ilin əvvəlindən Mərkəz Şəki, Qəbələ, Qax, Zaqatala bölgələrində turizm bazarı marketinqinin təhlilinin aparılmasında yaxından iştirak etmişdir.
Mərkəz regionda turizm strukturunun təkmilləşdirilməsi məqsədilə 2009-cu ilin may ayının əvvəlində Şəkidəki turizm obyektlərində çalışan əməkdaşların iş təcrübəsinin artırılması üçün Bakı şəhərində təşkil olunmuş kursa onların ezam olunmasını təşkil etmişdir.
Mərkəz hər zaman KİV-lərlə sıx əlaqə saxlayır, turizm sahəsindəki yeniliklər, maraqlı məsələlər ətrafında fikir mübadiləsi aparır.
Mərkəzə eyni zamanda turizm sektorunda təhsil alan tələbələr təcrübə keçmək üçün müraciət edirlər və bir çox informatik biliklərə sahib olurlar. Şəki Turizm İnformasiya Mərkəzi olaraq Almaniya, Cənubi Koreya və Türkiyə kimi ölkələrdə Beynəlxalq Turizm Sərgilərində iştirak etmişdir
024 24 4-60-95
[