Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin əmrinə əsasən 2001-ci ilin yanvar ayında Balakən rayon Tarix-diyarşünaslıq muzeyinin fəaliyyəti bərpa olunmuş, muzeyin maliyyələşdirilməsi isə 2003-cü ildən həyata keçirilmişdir. Hal-hazırda muzeydə 9 nəfər işçi vardır. Muzeydə fond müdüri, elmi işçi, rəssam tərtibatçı, bələdçi, baxıcı fəaliyyət göstərir.
Muzeydə eksponatların artımı bağışlanma və toplanma yolu ilə həyata keçirilir. Muzeydə eksponatların qəbulu daim mühafizəyə götürülməsi üçün fond satılama komissiyası işləyir. Komissiya daxil olan bütün eksponatları aktla qəbul edir və pratokollaşdırır. Muzeydə 5000 ədəd eksponat nümayiş etdirilir.
Şübhəsiz ki, bu bizi qane etmir. Ona görədə muzeyin işçiləri böyük səylə eksponatların artılması uğrunda mübarizə aparırlar. Muzeydə bir ekspozisiya zalı,bir fond otağı, iki iş otağı var. Muzey son dəfə 2016-cı ildə təmin olunmuş.
Muzeyin direktoru: Mirəliyev Xəlifə Mollamusa oğlu
(+994 2429) 5-32-53
balakan.tarixmuzeyi@mail.ru