Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Mirzə Fətəli Axundzadənin ev muzeyi


Mirzə Fətəli Axundzadənin ev muzeyi onun dünyaya 1812-ci ildə göz açdığı M.F.Axundzadə küçəsi, 1 saylı ünvanda yerləşən binada 1940-cı ildə yaradılmışdır. Bu binanın 1800-cü ildə tikildiyi təxmin edilir. Sonralar M.F.Axundzadənin ev muzeyi genişləndirilmiş, onun eksponatlarının bir hissəsi əlavə tikilmiş binada yerləşdirilir. Beləliklə, M.F. Axundzadənin ev muzeyi 2 binadan: həyat və yaradıcılığına həsr olunmuş ekspozisiya zalından və ədibin anadan olduğu evdən ibarətdir. 2012-cildə müzeydə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə əsaslı təmir və bərpa işləri aparılmışdır.
Muzeydə 421-yə yaxın eksponat nümayiş etdirilir.

Müzeyin direktoru: Xəlilova Ulduz Orxan qızı

Ünvan:
Şəki şəhəri, M.F.Axundzadə küçəsi, 1.
Telefon:

[" 024 24 4-37-08"]

E-mail:

feteliaxundov@mail.ru

Url:
M.F.Axundzadənin ev muzeyi