26.04.2019
26 aprel 2019-cu il tarixdə İ.Nakam adına Mərkəzi Kitabxanada Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən C.Məmmədquluzadənin-150, C.Cabbarlının-120 illik yubileyi ilə əlaqədar kitabxanada keçirilən silsilə tədbirlərdən biri olaraq monoloq müsabiqəsi baş tutub. Kitabxananın abonement bölməsinin müdiri Dilbə Yaqubova müsabiqənin təşkil olunma məqsədini açıqlayaraq iştirakçılara məlumat verib. Müsabiqəyə C.Məmmədquluzadənin və C.Cabbarlının əsərlərindəki sevdikləri obrazın monoloqu ilə qoşulan 17 iştirakçının: Şəfəq Məmmədova (Oqtay Eloğlu), Jalə Rəhimova (Kefli İsgəndər), Bəyimxanım İlyasova (Anamın kitabı, Gülbahar), Aynurə Haqverdiyeva (Oqtay Eloğlu), Nərmin Məmmədova (Səriyyə), Leyla Məmmədli (C.Cabbarlı, Ulduz, Ramiz ob.), Nuray Abdulhəmidzadə (C.Cabbarlı, Nəsrəddin şah), Elvin Rəsulov (Kefli İsgəndər), Sabir Nurullayev (Oqtay Eloğlu), Nərmin Davudova (Oqtay Eloğlu) və Aysel Həmidovanın (kefli İsgəndər) mono çıxışları dinlənilib. Gərgin mübarizə şəraitində davam edən müsabiqədə iştirakçılar münsiflər heyəti - 21 saylı orta məktəbin Tarix müəllimi, ədəbiyyatçı, şair Tərlan İsgəndərov, Şəki Dövlət Dram Teatrın aktyoru Xəyal Salahov, 3 saylı məktəbin Ədəbiyyat müəllimi, şair Zaur Cəfərov (İlhamoğlu) və Mərkəzi kitabxananın abonement bölməsinin müdiri Dilbər Yaqubova tərəfindən 5 ballıq şkala ilə qiymətləndiriliblər
Nəticədə ən yüksək bal 18, ən aşağı bal isə 14 bal olmaqla, 5 iştirakçı müsabiqəni tərk edib, digər iştirakçılar isə növbəti tura vəsiqə qazanıblar.