27.04.2019
Aprelin 27-də Şəki Mərkəzi Kitabxanasında "C.Cabbarlının əsərlərində qadın obrazları" adlı müzakirə keçirildi. Müzakirədə C.Cabbarlının yaratdığı obrazlardan, onların öz dövrlərinin qəhrəmanları olmalarından, Sevil, Almaz, Səriyyə, Firəngiz, Sara, Pəri və s. qadın obrazlarından söhbət açılaraq onları bugünkü zamanın qadınları ilə müqayisə edərək müzakirə edildi. Tərlan İsgəndərovun aparıcılığı ilə davam edən tədbirdə kontingentin əksəriyyətini təşkil edən gənclər azad qadın obrazının C.Cabbarlının əsas ideya istiqamətlərindən biri olduğu anlaşımına daha çox diqqət yetirməklə, bu istiqamətdə təhlillər apardılar.