19.04.2019
Tədbirin aparıcısı ilk öncə bəstəkarın həyat və yaradıcılığı haqqında qısa məlumat verib. Qeyd edilib ki, Volfqanq Amadey Motsart dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biridir. Yaratdığı 600-dən çox əsəri simfonik, konsert, kamera, piano, xor kimi klassik musiqi janrlarının ən yüksək zirvələrində qərarlaşıb. Onun əsərləri dünyanın ən nüfuzlu orkestrlərinin konsert repertuarlarının ayrılmaz parçasını təşkil edir. Tədbir boyu səhnədə quraşdırılmış proektorda bəstəkarın həyatına aid filmlərdən fraqmentlər nümayiş etdirilib. Sonra məktəbin şagirdləri bəstəkarın mahnılarını fortepianoda və xalq çalğı alətlərində ifa ediblər.
Sonda məktəbin direktoru Eldar Rəcəbov çıxış edərək, tədbiri təşkil edən müəllimlərə, Esmira İsmayılovaya, Leyli Mabudovaya, Mahiyyə Yunusovaya və Nigar Nuriyeva öz təşkkürünü bildirib.