23.04.2019
Şəki Uşaq İncəsənət məktəbində Elmira Nəzirova və Arif Məlikovun musiqilərindən ibarət sinif konserti keçirilib. Tədbirin aparıcısı ilk öncə hər iki bəstəkarın həyat və yaradıcılığından bəhs edərək, onların əsərləri haqqında danışıb. Sonra bəstəkarların bəstələdiyi əsərlərdən nümunələr səsləndirilib. Elmira Nəzirovanın repertuarından “8 Uşaq” pyeslərini, bəstəkarın prelüdlərini, Arif Məlikovun repertuarından isə bəstəkarın prelüdlərini, həmçinin hər iki bəstəkarların digər əsərlərini sinif şagirdlərindən Kəmalə Şahməmmədova, Rahilə Şabəddinova, Sevil Hüseynova, Şəhla Məmmədova və Məlakə Məcidova ifa ediblər. Sonda məktəbin direktoru Eldar Rəcəbov çıxış edərək, tədbiri hazırlayan müəllimlərə öz təşəkkürünü bildirib, şagirdlərə isə təhsil həyatlarında daha da fəal və çalışqan olmalarını tövsiyə edərək, onlara yeni-yeni uğurlar arzulayıb.