Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ağla qərənfil, ağla”

18.01.2018

18 yanvar 2018-ci il tarixdə 8 saylı beynəlmiləl tam orta məktəbin zalında məktəbin şagirdləri,  V.İbrahim adına və B.Axundov adına folklor evlərinin kollektivləri ilə birlikdə 20 Yanvar faciəsinə həsr olunmuş “Ağla qərənfil, ağla” adlı ədəbi-bədii kompozisiya keçirmişdir. Tədbiri giriş sözü ilə məktəbin metodist  müəllimi Nərminə Ağayeva açaraq  20 Yanvar hadisələri haqqında iştirakçılara məlumat verərək qeyd etmişdir ki, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifə açaraq təkcə faciə deyil, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu gün xalqımız 20 Yanvar hadisələrinin 28-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların xatirəsini böyük ehtiramla yad edir. Bu qədirbilənlik də o deməkdir ki, az keçməyəcək Qarabağda da eyni mətinliklə qələbə qazanacağıq. Sonra şagirdlər şəhidlərə  və yanvar hadisələrinə həsr olunmuş şeirlər səsləndirmişlər.