Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatalada “Saxurlar” sənədli filminin təqdimat mərasimi keçirilib

26.04.2019

Apelin 26-da Zaqatala rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2019-cu ilin I yarısı üçün iş planına əsasən Zaqatala rayonunda məskunlaşan Saxur xalqı haqqında “Salnaməfilm” kinostudiyasının çəkdiyi “Saxurlar” sənədli filminin təqdimat mərasimi keçirilib.

Tədbirin əvvəlində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Zaqatala rayon İcra Hakimiyyətinin, Şəki Regional Mədəniyyət İdarəsinin, Zaqatala və Qax rayonunda yaşayan Saxur xalqının nümayəndələri və filmin yaradıcı heyəti saxurların həyat tərzini, məişətini, mətbəxini, geyimlərini, adət və ənənələrini əks etdirən sərgi ilə tanış olublar. Sərgiyə baxış tamamlandıqdan sonra Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalovanın, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin baş məsləhətçisi Almaz Sultanzadənin, filmin ssenari müəllifi Qorxmaz Şıxalıoğlunun, rejissor Vəli Səyidinin və Mədəniyyət Mərkəzinin direktoru Aybəniz Heybətovanın çıxışları dinlənilib. Çıxışlardan sonra filmə baxış olub. Sözügedən filmin çəkilişində iştirak edən zaqatalalı rəssam Əhməd Davudov və onun şagirdləri, eyni zamanda digər dəvətli qonaqlar da filmi izləyənlər sırasında olublar. Filmin nümayişi başa çatdıqdan sonra Saxur xalqının musiqi və rəqslərindən ibarət çıxışlar və qədim tambur alətində ifalar da yer alıb. Tədbirin sonunda azsaylı xalqın nümayəndəsi Əhməd Davudov çıxış edərək, qızıl güllər diyarı Zaqatalanın tolerantlıq nümunəsi, multikulturazlizmin Azərbaycan xalqının həyat tərzi olmasından danışaraq, onlara göstərilən diqqət və qayğıya görə Saxur xalqı adından ölkə Prezidentinə və Mədəniyyət Nazirliyinə öz təşəkkürünü bildirib.