19.04.2019
Gənclərin milli ruhda tərbiyə olunması, milli-mənəvi dəyərlərin təbliği və gələcək nəsillərə çatdırmaq məqsədi ilə 19.04.2019-cu il tarixində Nizami adına Mərkəzi Kitabxanada “Əsrlərin yadigarı” adlı rəsm müsabiqəsi keçirilmişdir. Rəsm müsabiqəsində Zaqatala Dövlət Rəsm Qalereyasının direktoru Əfqan Hüseynov, Zaqatala rayon Heydər Əliyev Mərkəzində rəsm müəlliməsi Məlahət Əhmədova, həvəskar rəssamlar, valideynlər və məktəb şagirdləri iştirak etmişlər. Müsabiqədə 20 nəfər oxucunun 35 rəsm işi nümayiş olunmuşdur. İştirakçılardan Səbinə Fətəliyeva, Aytac Qənizadə, Mədinə Hüseynli, Adilə Hacıyeva, Laura Məmmədova, Zəhra Qasayeva, Səfiyə Bədirova və Narima İsayeva fərqləndilər.