18.04.2019
Qax rayonunun muzeylərində 18 Aprel Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Açıq qapı” günü elan edilib. Həmin gün Qax rayon tarix diyarşünaslıq muzeyində məktəblilər və rayonumuza gələn qonaqlar üçün ödənişsiz ekskursiyalar təşkil olunub. Gələn qonaqlar və məktəblilər müzeyin ekspozisiyası ilə tanış olublar. Muzeyin elmi işçisi Aytac Hacızadə məktəblilər qarşısında mühazirə oxuyaraq 18 Aprel Abidələr və Tarixi Yerlər Günü haqqında geniş məlumat verib.