Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax Mərkəzi Kitabxanasında “Mütaliə və biz” adlı tədbir keçirilib

22.04.2019

Qax rayonu C.Cabbarlı adına Mərkəzi Kitabxanada Rayon Təhsil Şöbəsi ilə birgə “Mütaliəyə başla “ adlı görüş keçirilmişdir. “Mütaliəyə başla” layihəsinə əsasən keçirilən tədbir “Mütaliə və biz” adlanırdı. Tədbirdə rayon ziyalıları, şəhər məktəblərinin dil ədəbiyyat müəllimləri və şagirdlər iştirak edirdilər. Tədbiri MKS-nin direktoru Güllü Əhmədova açaraq kitabın bilik, zəka mənbəyi hesab edildiyini, bunun da səbəbsiz olmadığını, insanların ən yüksək keyfiyyətlərə, ali təhsilə yalnız mütaliə etməklə nail ola biləcəyini, kitabsız heç bir inkişaf və mədəniyyətdən danışmağın mümkün olmadığını bildirmişdir.

Sonrakı çıxışlar oxucular tərəfindən son mütaliələr üzərində qurulmaqla, diskussiya şəklində davam etmişdir.

Tasmalı kənd tam orta məktəbin ədəbiyyat müəllimi, şairə Pərvanə Həşimova ilk kitabı işıq üzü görən iki şagirdi haqqında, əməkdar jurnalist Vaqif Musayev gənclərdə mütaliəyə marağın aşağı düşməsi haqqında, rayon ziyalısı Seyran Rüstəmov,  S.Vurğun adına Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova, müəllimlərdən Türkan Babayeva, İlahə Səmədova, Səidə Abidova, Gülnarə Allahverdiyeva, Kəmalə Məmmədova, şəhər 5 nömrəli tam orta məktəbin kitabxanaçısı, şairə Solmaz Elqızı mütaliənin insan həyatında mühüm rol oynadığını qeyd etməklə, hər bir ölkədə elmin, təhsilin, incəsənətin, mədəniyyətin inkişafında və təbliğində kitabın rolunun əvəzsiz olduğu barədə danışdılar.