18.01.2018
17 yanvar 2018-ci il tarixdə Qax rayon Mədəniyyət Mərkəzində “Qəhrəmanlıq və iftixar tariximiz” adlı anım mərasimi keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Mərkəzin foyesində 20 Yanvar faciəsini əks etdirən sərgi ilə tanış oldular. Hər tərəf qərəbfillərlə bəzədilmişdir.
Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru K. Məcidova 20 Yanvarı tariximizin şərəfli səhifələrindən olduğunu, Azərbaycanda azadlığın 20 Yanvar ağrısından, 20 Yanvar qeyrətindən doğulduğunu qeyd etdi və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Çıxışçılardan Qax Gün Ərzi Qayğı Mərkəznin direktoru Səfiyyə xanım Süleymanova da öz növbəsində 20 Yanvar faciəsindən doğan ağ gündən söz açaraq, bu tarixi hər zaman yadda saxlamağın hər birimizin borcu olduğunu qeyd etdi. Sonra “20 Yanvar - 1990” adlı video çarx nümayiş olundu. Mədəniyyət Mərkəzinin İ.Dağıstanlı adına Xalq teatrı üzvlərinin hazırladığı ədəbi- bədii kompazisiya hər kəsi riqqətə gətirdi. Üvertüranın sədaları altında başa çatan kompzisiyada iştirakçılarla birlikdə “Qoynunda bu qədər şəhidlərin varsa sabahın üçün heç bir narahatlığın olmasın can Azərbaycan” sədaları altında hər kəsi mübarizəyə səslədilər. Yekunda D.Əzizova çıxış edərək qeyd etdi ki, “20 yanvar nə qədər dəhşətli bir gün olsa da, həm də iftixar günümüzdür. Şəhidlərimiz heç zaman unudulmayacaq və hər zaman iftixar hissi ilə anılacaqdı”.