Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Mərkəzi kitabxanasında “Kitab və cəmiyyət” adlı növbəti seminar keçirilib

08.04.2019

8 aprel 2019-cu il tarixdə Şəki Mərkəzi Kitabxanasında kitaba və mütaliəyə marağın artırılması məqsədilə “Kitab və cəmiyyət” adlı növbəti seminar baş tutub. Əsas iştirakçıların gənclərin təşkil etdiyi bu tədbir ədəbiyyatı sevən və sevdirən, insanların maariflənməsi üçün əlindən gələni əsirgəməyən, Şəki şəhər 21 №li orta məktəbin tarix müəllimi Tərlan İsgəndərovun aparıcılığı ilə başlanıb. Əvvəlcə tədbir iştirakçıları ilə onların ən son oxuduqları kitablar haqqında sorğu keçirilib. Sonra oxunan kitabların insanın həyatına etdiyi təsirlərdən, Şərq və Qərb ədəbiyyatının motivlərindən və folklorumuzun bu günə gəlib çıxan bir sıra predmetlərindən danışılıb. 3 №-li məktəbin ədəbiyyat müəllimi, şair Zaur İlhamoğlu Koroğlu və Dədə Qorqud dastanlarından söhbət açaraq bir sıra maraqlı məqamlara toxunub.

Seminar aktiv auditoriyanın müzakirələri ilə uzun müddət davam edib.