Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bakının küçələri qandır”

18.01.2018

18 yanvar 2018-ci il tarixdə  Səməd Vurğun adına folklor evində 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş “Bakının küçələri qandır” adlı anım günü keçirildi. Tədbir iştirakçıları şəhidləri  bir dəqiqəlik sükutla  yad  etdilər.

Tədbiri giriş sözü ilə folklor evinin direktoru Fəxrəddin Yusifov açdı və  həmin günün dəhşətlərindən danışdı. Sonra bədii rəhbər Rasimə Mahmudova  çıxış edərək bildirdi  ki, 20 Yanvar  günü tarixə  Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin  ən şanlı və şərəfli bir  günü kimi yazıldı. Xalqın 70 ildə  yaratdığı “Qızıl Ordu”nun silahları ona tərəf açıldı.

Sonra 11  və 20 saylı məktəblərin şagirdləri Məmmədli  Dinarə və Məmmədli Amin B.Vahabzadənin”Şəhidlər”, Xəlilova Ayşən “Qalx ayağa Azərbaycan”, “Kaş millətdə ruh yaşasın”, “Qanlı gecə” adlı şeirlər  söylədilər , “Qanlı Yanvar” adlı kompozisiya nümayiş olundu.

Tədbirin sonunda folklor evinin direktoru Fəxrəddin Yusifov tədbir iştirakçılarına öz təşəkürünü bildirərək tədbiri bağlı elan etdi.