08.04.2019
8 aprel 2017-ci il tarixdə İsmayıl Dağıstanlının Qax şəhərindəki xatirə muzeyində “İki dahi şəxsiyyət” adlı dəyirmi masa təşkil olundu. Tədbiri muzeyin direktoru Anar Zehirov açaraq qeyd etdi ki, bu il cənab Prezidentin Sərəncamı ilə C.Cabbarlının 120 illiyi qeyd olunur. Mədəniyyət müəssisələrində bununla bağlı silsilə tədbirlər keçirilir. Bu tədbir də bu qəbildəndir. Sonra muzeyin əməkdaşları Sevinc Əfəndiyeva və Arzu Əhmədova Cəfər Cabbarlının və İsmayıl Dağıstanlının həyat və yaradıcılığı haqqında iştirakçılara geniş məlumat verdilər. MKS-nin direktoru Güllü Əhmədova C.Cabbarlının yaradıcılığı haqqında maraqlı məqamlardan danışdı. Rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Vüsalə Mustafayeva Qaxda İsmayıl Dağısatanlının xatirəsi daim əziz tutulduğunu, Mərkəzdə dahi aktyorun adını daşıyan Xalq teatrının fəaliyyətindən söhbət açdı. Sonda Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayon üzrə nümayəndəsi, baş məsləhətçi Dilarə Əzizova çıxışında əsərlərinin bu ğün də aktuallığını itirməyən, müasir dövrümüzlə səsləşən, oxucular tərəfindən sevilə-sevilə oxunan C.Cabbarlı və yazıçının yazdığı əsərlərə həyat verən böyük aktyor İsmayıl Dağıstanlı haqqında öz fikirlərini bildirərək, hər iki dahi şəxsiyyətlərin irsinin öyrədilməsi, təbliği, yaşadılması üçün mədəniyyət işçilərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etdi.