07.04.2019
Azərbaycan Respublikasının on milyonuncu vətəndaşının anadan olması münasibətilə aprelin 7-də Oğuz şəhər 7 illik Uşaq Musiqi Məktəbi və Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “On Milyonluq Azərbaycanım” adlı konsert təşkil olunub. Tədbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər. Konsertdə muğamlar, vətən haqqında nəğmələr və xalq mahnıları səsləndirilib, müxtəlif rəqslər ifa olunub.
Tədbirin aparıcısı iştirakçılara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 10 milyonunçu sakininin dünyaya gəlməsi ilə əlaqədar təbriklərini çatdıraraq, ölkədə aparılan uğurlu islahatlardan geniş söhbət açıb.