Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əbədiyyətə qovuşanlar”

18.01.2018

18 yanvar 2018-ci il tarixdə Zaqatala rayon Mədəniyyət Mərkəzində filiallarla birgə 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar “Əbədiyyətə qovuşanlar” adlı xatirə gecəsi keçirilmişdir.  Tədbiri giriş sözü ilə Mədəniyyət  Mərkəzinin direktor əvəzi Samirət Hümbətova açdı. Əvvəlcə şəhidlər  bir dəqiqəlik  sükutla yad edildi.  Daha sonra Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Zaqatala rayonu üzrə baş məsləhətçisi əvəzi, Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbə müdiri İlqar Vəliyev, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülnigar  Məmmədova Qarabağ müharibə əlilllər veteran və şəhid ailələri ictimai birliyi rayon şöbəsinin müavini Həmzət Məhərrəmov şəhidlərin xatirəsi ilə bağlı cıxışlar etdilər.   Sonda şəhidlərə həsr olunmuş  film–slayd nümayiş etdirildi.