29.03.2019
29 Mart 2019-cu iltarixdə Balakən MKS-də 1918-ci il 31 Mart soyqırımının 101 illiyi ilə əlaqədar anım tədbiri keçirildi.
Tədbirdə soyqırım qurbanlarının və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru M.Tağıyeva açaraq, XIX-XX əsrlərdə ermənilərin xalqımıza qarşı törətdikləri soyqırım cinayətləri barədə ətraflı məlumat verdi. O, 1918-cu ilin mart-aprel aylarında Azərbaycanın Bakı, Şamaxı, Quba, Muğan və Qarabağ bölgələrində minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirdiyini və on minlərlə insanın evlərindən didərgin salınaraq amansız zülmə məruz qaldıqlarını ürək ağrısı ilə qeyd etdi. Kitabxananın xidmət şöbəsinin müdiri N.Ramazanova soyqırım haqqında məruzə etdi. Tədbir iştirakçıları məruzə ətrafında çıxışlar etdilər, soyqırım haqqında öz fikirlərini bildirdilər.
Tədbirin sonunda 1918-ci il 31 Mart soyqırımı haqqında tarixi həqiqətləri əks etdirən sənədli film nümayiş olundu.