Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mədəniyyət qalası” qəzetinin növbəti sayı çapdan çıxıb

03.04.2019

Şəki Regional mədəniyyət İdarəsindən verilən məlumata görə aprelin 2-də “Mədəniyyət qalası” qəzütinin növbəti sayı nəşr edilib. Oxucular yeni sayda ölkə Prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına və Mədəniyyət naziri Əbülfəs Qarayevin ölkənin mədəniyyət ictimaiyyətinə təbrikləri, “Bölgələrdən bəlgələrə” yaradıcılıq festivalı, TÜRKSOY-un Ankaradakı mərkəzi qərargahında “Nəsimi ili”nin açılış mərasimi, Şəkidə keçirilmiş Novruz şənliyi, Mədəniyyət Nazirliyinin sturukturunun təkmilləşdirilməsi ilə baglı Gəncə şəhərində keçirilmiş müşavirə, Şəkidə xalq şairi Bəxtiyar Vahabzadənin anım tədbiri, Şəhid Aqşin Abdullayevə həsr olunmuş “ Həyatı nəsillərə örnək olan Qəhrəman” kitabının təqdimatı və digər yazılarla tanış ola bilərlər.

Qəzeti onlayn qaydada oxumaq üçün www.sheki.mctgov.az ünvanlanına keçid etmək təklif olunur.